10 Dekabr, 2015
İncildən gətirilən sitatların Qurandan olduğunu güman edib çox təəccübləndilər...

Hollandiyada maraqlı sosial eksperiment həyata keçirilib.Ahlibeyt.az-ın İslam.az-a istinadən məlumatına görə, bir neçə gənc «İncil» kitabını, üzərinə «Qurani-Kərim» yazılan cildlə üzləyirlər. Sonra isə yoldan keçənlərə bu kitabdan sitatlar oxumağa başlayırlar. Xəbərsiz sakinlər isə bu cümlələrin  Qurani-Kərimdən olduğunu zənn edirlər.

Məsələn, Levitin Kitabından belə bir cümlə oxunur: «Əgər bütün bunardan sonra Məni dinləməsəniz və Mənə əks getsəniz, o zaman Mən də qəzəblə sizin əleyhinizə gedəcəm və həmin an sizləri günahlarınıza görə cəzalandıracam və siz oğlanlarınızın ətinizi yeyəcəksiniz və qızlarınızın ətini yeyəcəksiniz» (26-cı fəsil).

Və yaxud da həmin kitabdan belə bir sitat gətirildi: «Əgər kimsə qadınla yatdığı kimi kişi ilə də yatsa, onlar iyrənclik etmiş olurlar. Ölüm olsun onlara, onların qanı onların üzərindədir» (20-ci fəsil).

Sakinlər isə  bu sitatların Qurandan olduğunu zənn edərək, buna neqativ yanaşıblar. Bəziləri deyir: «Əgər Sən  bu kitabla və belə bir düşüncə ilə  böyüyübsənsə, bu sənin düşüncənə təsir edər». Digəri isə deyir: «Elə bil ki, onlar öz düşüncələrini sənə yeritmək istəyirlər».

Daha sonra iştirakçılara bu sitatların İncildən olduğu bildirilərək, kitabın üzü çıxarılır. Bu fakt çoxlarının təəccübünə səbəb olur.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4135.html