9 Dekabr, 2015
Türkiyədə İŞİD-ə qoşulmaq istəyən 100-ə yaxın Rusiya vətəndaşı saxlanılıb

Türkiyədə il ərzində Suriyada "İslam dövləti" terror təşkilatına qoşulmaq istəyən 98 Rusiya vətəndaşı saxlanılıb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Trend Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən məlumat verir.

Rusiyanın bütün vətəndaşları ölkədən deportasiya edilib.

Bundan başqa, terror təşkilatına qoşulmaq istəyən 324 Çin vətəndaşı saxlanılıb.

Məlumatda deyilir ki, Çin və Rusiya vətəndaşları ilə yanaşı, Türkiyədə 57 Əfqanıstan, 17 Fransa vətəndaşı da saxlanılaraq ölkədən deportasiya edilib

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4129.html