7 Dekabr, 2015
Azərbaycanda ödənişsiz ali dini təhsil verən qurum yaradılacaq

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakı İslam Universitetinin bazasında ödənişsiz ali dini təhsil verən qurumun yaradılması ilə bağlı təklif hazırlayıb

Ahlibeyt.az -ın Apa-ya iatinad'n məlumatına görə, bunu komitə sədri Mübariz Qurbanlı bildirib. O qeyd edib ki, artıq təklif nəzərdən keçirilir.

M. Qurbanlı bu günlərdə qanunvericiliyə edilən dəyişikliyə əsasən xaricdə dini təhsil alanların dini ayin keçirməsinə qadağa qoyulmasına da münasibət bildirərək deyib ki, dəyişikliyin geriyə tətbiqi yoxdur: “Yəni hazırda məscidlərdə xaricdə təhsil almış şəxs bu işi davam etdirirsə, dəyişiklik geriyə, onlara şamil edilmir. Amma onu da deyim ki, son vaxtlar Qafqaz Müsəlmanları İdarəsində bu istiqamətdə təyinat alanların tam əksəriyyəti Bakı İslam Universitetinin məzunlarıdır”.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4122.html