
Dünən gecə Türkiyədən Qəzza sahillərinə yola düşən iki yardım gəmisinin İsrail ordusu tərəfindən durdulacağı bildirlib.
İsrail mətbuatı yazır ki, artıq ordu büyün lazımi hazırlıq tədbirlərini görüb qurtarmışdır. Həmçinin hərbi mənbələr Qəzza blokadasının yarılmasına imkan verməyəcəklərini qeyd ediblər.
Qeyd edək ki, göyərtəsində 5 ölkədən 27 fəal olan və Qəzza sahillərinə Kanada və İrlandiya bayraqları altında yola düşən gəmilər Qəzzaya 30 min dollarlıq dərman çatdırmalıdırlar.