7 Dekabr, 2015
İŞİD islamı təmsil etmir; ABŞ-la islam arasında müharibə olmayacaq - Barak Obama

İŞİD islamı təmsil etmir. ABŞ-la islam arasında müharibə olmayacaq"

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Salamnews-un Ria-ya istinadla verdiyi xəbərdə bildirilir ki,bunu ABŞ prezidenti Barak Obama Ağ evin Oval kabinetindən həmvətənlərinə telemüraciəti zamanı bəyan edib.

"Biz bir-birimizə qarşı hərəkət etməyə və bu mübarizənin ABŞ və islam arasında müharibə kimi nəzərdən keçirilməsinə yol verə bilmərik. Bu, məhz İŞİD-ə bənzər qruplaşmaların istədiyidir.

İŞİD terrorçuları islam adından danışmırlar. Onlar ölüm kultunun bir hissəsi olan qatillər və başkəsənlərdir. Onlar dünyadakı 1 milyarddan çox müsəlmanın, o cümlədən terrorçuların nifrət ideologiyasını rədd edən vətənpərvər ruhlu ABŞ-lı müsəlmanların kiçik hissəsini təmsil edirlər.

Terrorçuların bütün dünya üzrə ən böyük qurbanı müsəlmanlardır.”, - B.Obama belə deyib.

ABŞ rəhbəri "müsəlman icmalarını şübhə və nifrətlə özündən uzaqlaşdırmaq yox, ən güclü müttəfiqlər qismində” cəlb etməyə çağırıb.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4119.html