
Azərbaycan bayrağını öpən Türkiyənin Baş Naziri Əhməd Davudoğlu artıq vətəninə dönüb
Türkiyə respublikasının Baş naziri Əhməd Davudoğlunun Azərbaycana səfəri başa çatdı - Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyənin baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb
Ahlibeyt.az-ın Anspres-ə istinadən məluatına görə,Əhməd Davudoğlunu və xanımı Sare Davudoğlunu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola saldılar.
Bu gün Türkiyə baş naziri Əhməd Davudoğlunun Bakıda “Əjdər Bəy Məscidi'”də Cümə namazı qılıb.
Cümə namazında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Allahşükür Paşazadə də iştirak edib.
Davudoğlunun məscid çıxışında bəzi Bakı sakinləri ilə salamlaşıb və söhbət edib.
Ə.Davudoğlu bildirib ki, "Türkiyə həmişə Azərbaycanın yanında, Azərbaycanla birlikdə olacaq. Can Azərbaycana salam olsun. Hamının Cüməsi mübarək".