
"Hazırda xaricdə dini təhsil alanlar Azərbaycanda dövlət qurumlarında çalışa biləcəklər"
Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, bunu bu gün Milli Məslisdə “Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsininnin sədri Mübariz Qurbanlı bildirib.
M. Qurbanlı indiyə qədər xaricdə dini təhsil aldıqdan sonra Azərbaycanda da əlavə dini təhsil alanlara son qadağanın şamil olunmayacağını, çünki qanunun geriyə qüvvəsinin olmadığını nəzərə çatdırıb: "Hazırda xaricdə dini təhsil alanlar Azərbaycanda dövlət qurumlarında çalışa biləcəklər".