30 Noyabr, 2015
Ayətullah Xameneyi - Kaş ki, Ərbəin zəvvarları ilə birlikdə olardıq

Ərbəin“İman və eşqin”, “ağıl və duyğunun” sintezi Əhli-beyt məktəbinin unikal xüsusiyyətlərindən biridir və bu misilsiz mərasimdə dünyanın müxtələf yerlərindən insanların şövqlə və sədaqətlə iştirak etməsi əlbəttə ki, İlahi ayinlərdən biridir

Ahlibeyt.az-ın maide.az-a istinadən verdiyi xəbərə görə,bunu İranın Ali dini lideri Ayətullah Xameneyi bu gün Fiqh mühazirəsi dərsi zamanı bildirib.


O, Ərbəin((İmam Hüseyn(ə)ın 40 mərasimi) ziyarətçilərinə ev sahibliyi etməkdə İraq xalqının alicənablığına və xeyirxahlığına toxunaraq, bu mənalı və hikmətli mərasimdə iştirak etməyə nail olanlara bu gözəl fürsətdən yararlanmağı tövsiyyə edərək, əlavə edib: Biz də uzaqdan Ərbəin ziyarətçilərinə qibtə edirik və arzu edirik ki, kaş ki, sizinlə birlikdə olardıq.

Ali dnii lider vurğulayıb ki,Ərbəin yürüşündə iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən olan insanların bərabər kütləvi yürüşü Əhli-Beyt (ə) məktəbinin müstəsna xüsusiyyətlərinin təzahürüdür ki,bu mənəvi mənbə həm “qəlbi iman və əsl inanc” həm də “sevgi və şəfqət” saçır.



Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4080.html