2 Noyabr, 2011
İslam peyğəmbərini təhqir edən jurnalın redaksiyası yandırlıb

Bu gün gecə Parisdə İslam peyğəmbərini təhqir etməyi qəsd edən jurnalın redaksiyası yandırılıb. Yanğın zamanı redaksiya binasının bir hissəsi tamamilə yararsız hala düşüb.

Yanğınla eyni zamanda redaksiyanın rəsmi saytı da dağıdılıb.

Xatırladaq ki, redaksiyası yandırılmış Charlie Hebdo jurnalıı bir neçə gün öncə bildirmişdi ki, çərşənbə günü işıq üzü görəcək nömrə Tunis və Liviyada baş verən inqilablardan sonra ölkədə islamçıların hakimiyyətə gəlməsinə həsr olunacaq və həmin nömrənin redaktoru Məhəmməd(s) peyğəmbər olacaq. Bundan başqa jurnalın üz qabığında Məhəmməd(s) peyğəmbərin karikaturası veriləcəkmiş.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-408.html