
Amerikanın məşhur "Who is Hossain" hərəkatı ölkə daxilində müxtəlif tədbirlər həyata keçirib
Ahlibetyt.az-ın İqna-ya istinadən məlumatına görə,bu günlər hərəkatın Florida ştatının Orlanda şəhər heyəti 100-dən artıq evsiz və aztəminatlıya ərzaq məhsulları paylanıb. Mərkəzi Florida bölgəsində aparılan tədbirləri çərçivəsində ehtiyaclı insanlara İmam Hüseyn (ə) ehsanı çatdırılıb.
Mərkəzdən bildirilir ki, "Biz bu tədbirlərlə yanaşı, eyni zamanda İmam Hüseynin (ə) həyatı və şəhadəti barədə qadın və uşaqlara broşürlər payladıq. Bu yolla İmamı (ə) tanımaqda onlara yardımçı olduq"