
Həzrət Əli (ə) buyurur:
- “Ey Adəm övladı, Allaha itaətsizlik etdiyin halda, Onun sənə çoxlu nemət əta etdiyini görərsənsə, bu işin sonundan qorx.”
- “İnsanlarla ilə elə rəftar edin ki, əgər həmin halda ölsəniz, sizə ağlasınlar və sağ qalsanız, sizinlə ünsiyyətdə olmaq istəsinlər.”
- “Başqaları üçün pis hesab etdiyin işlərdən uzaqlaşmaq ədəbli olmağın üçün kifayət edər”
- “Tövbə ilə özünüzü ətirləyin ki, günahların pis qoxusu sizi rüsvay etməsin”
- “Günahdan çəkinən şəxs yaxşı iş görən şəxs kimidir”
- “Günahdan pak olmaq kimi mürüvvət (kişilik) yoxdur”
- "İnsanlarla elə rəftar edin ki,onu əzənin də əlində ətriniz qalsın"