
Bir müddət öncə Səudiyyə müftilərindən olan Şeyx Aiz əl-Qaraninin sionist əsgərini əsir edənə 100.000 ABŞ dolları, onun ardınca isə şahzadə əl-Vəlid bin Tələlin qardaşı Xalid bin Tələlin sionist əsgəri əsir edənə 1mln. dollar vəd etməsi israilliləri təzə narahat etmişdi ki, Səudiyyə Ərəbistanının tanınmış vahhabi alimlərindən olan Əbdül-Möhsin Übeykan sionistlərin rahat nəfəs almasına səbəb olub.
Beləki, vahhabi alimi Übeykan bu işin haram olduğunu bildirib. Übeykan bildirib ki, vəliyyi-əmrin(Səudiyyə kralı) icazəsi olmadan bu anlaşma şəri, əqli və ürfi baxımdan düz deyil.