25 Noyabr, 2015
Kərbəlada yeni"Nəzarət və İnformasiya Mərkəzi" istifadəyə verilib(foto)

İmam Hüseynin (ə) müqəddəs hərəminin qorunması üçün Kərbəlada müsir tipli mərkəzləşdirilmiş "Nəzarət və İnformasiya Mərkəzi" istifadəyə verilib

Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə,İmam Hüseyn(ə)ın müqəddəs hərəmi mərkəz tərəfindən hər an müşahidə altındadır.Mərkəzdə hərəmin 40 müxtəlif nöqtəsindən məlumat ötürücü müşahidə cihazları durmadan işləyir.

yaradılan "Nəzarət Mərkəzi"nin yeni olmasına baxmayaraq,qarşıdan gələn "Ərbəin" mərasimləri ilə əlaqədar olaraq hazırda gücləndirilmiş iş rejimində işləyir. Baş verə biləcək hər hansı fövqəladə vəziyyətin qarşısını almaq üçün yaradılan bu mərkəzlə yanaşı xüsusi qruplar da fəaliyyət göstərir və bu mərkəzlə mütəmadi əlaqə saxlayırlar.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4052.html