2 Noyabr, 2011
Bəhreyn inqilabçılarının ardından Bəhreyn kralı Misirə səfər edib

Başda əl-Vəfaq partiyasının sədri Şeyx Əli Salman olmaqla Bəhreyn inqlabçılarının rəhbərlərinin Misirə səfər etməsindən sonra Bəhreynin kralı Həməd bin İsa Ali Xəlifə Misirə səfər edib.

Bildirilir ki, inqilabçıların Misirdə hərarətli qəbulu və onların siyasi partiyaların nümayəndələri ilə görüşləri kralı narahat etdiyindən onu Misirə nəzərdə tutulmayan səfər etməyə məcbur edib.

Bəhreyndə xalqın etiraz aksiyalarını zor gücünə yatızdıran Həməd bin İsa Ali Xəlifə Misirin ona qarşı çıxmasından ehtiyatlanaraq Misirə qısa müddətli səfərində Misirin Ali Hərbi Şurasının rəhbərilə görüşüb.

Görüşün jurnalistlərə açıq olan hissəsində Hüsnü Mübarəki axıradək dəstəkləyən kral Misir inqilabının baş verməsini mühüm hadisə adlandıraraq Misirin sabitliyinin bölgənin sabitliyi oluğunu bildirib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-405.html