23 Noyabr, 2015
Əli Ən-Nəimi:"Quran yandırmağın və məscidə hücumların terrorizmlə sıx bağlılığı vardır"

Qərb ölkələrində baş verən Quran yandırmağın və məscidə hücumların terrorizmlə sıx və güclü bağlılığı var

Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə,bunu  Müsəlman Hakimlər Şurasının baş katibi Əli Ən-Nəimi təşkilatın Misir paytaxtı Qahirədə keçirilən konfransı zamanı səsləndirib.

Əl-Əzhər Şeyxi Əhməd Təyyibin başçılığı ilə keçirilən toplantıda Əli Ən-Nəimi qeyd edib ki,terrorizm və radikalizmin məhv edilməsi təkcə hamının birliyi və vəhdəti sayəsində həyata keçə bilər.

O,çıxışının davamında İsrail rejiminin işğalçı cinayətlərindən və Fələstin xalqının hüquqlarından danışaraq bildirib:"İşğalçı israil rejiminin müsəlman Fələstin xalqının barəsində hər gün törətdiyi cinayətlər insani və beynəlxalq qanunların aşkar və kobudcasına ayaq altına atılmasıdır.


Müsəlman Hakimlər Şurasının baş katibi bu iclasın açılış mərasimindən sonra media və KİV əhli ilə mətbuat konfransında iştirak edib və hazırda terrorizm qurbanlarının çoxunun müsəlmanlar olduğunu vurğulayıbi: "Müqəddəs İslam dini son günlərdə Parisdə baş verən terror hadisələrini qınayır - İslam və terrorizm arasında heç bir bağlılıq yoxdur. "

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4038.html