
Suriyada terror üzərində qələbə əldə edilməyənədək siyasi proses başlamayacaq - Suriyada prezident seçkilərinin keçirilməsinə qarşı hər hansı “qırmızı xətt” mövcud deyil, lakin terrorizm üzərində qələbə əldə edilənədək heç nə başladıla bilməz
Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, Ria Novostinin yaydığı məlumatda bildirilir ki, bunu Suriya prezidenti Bəşər Əsəd İtaliya dövlət televiziyasının "Rai" (Tg1) birinci kanalının xəbərlər xidmətinə verdiyi müsahibə zamanı səsləndirib.
O qeyd edib ki,"Suriyalılar prezident seçkilərinin keçirilməsini istəyərlərsə, o zaman buna qarşı hər hansı "qırmızı xətt" olmayacaq. Suriyalılar məni prezident seçsələr, onda gözəl gələcək olacaq. Onların məni seçməyəcəkləri halda isə hakimiyyətdə qalmaq istəsəm, bu, yanlış olacaq.”
Vyanada Suriya üzrə keçirilən danışıqlar barədə danışarkən Əsəd bunu “mühüm addım” adlandırıb: "Lakin ən əsası (hökumət və müxalifət - red.) yanaşı əyləşməyimizdir."