
İran kinomotoqraiflarının çəkdiyi "Məhəmməd Allahın elçisidir" filmi Türkiyədə nümayiş etdiriləcək
Ahlibeyt.az-ın məlumatına görə,İran Mədəniyyət Nazirliyinin mətbuat katibi Hüseyn Nuş Abadi İrib-ə müsahibəsində bildirib ki,yaxın zamanlarda Türkiyənin 400 kinoteatrında "Məhəmməd Allahın elçisidir" filmi nümayiş olunacaq.
Onun sözlərinə görə filmin Türkiyədə nümayişi dekabr ayında Hz.Məhəmmədin(s) doğum günü ərəfəsində nəzərdə tutulub.
Huseyn Abadi qeyd edib ki,bu film yaxın zamanlarda İraq, ABŞ və Polşada nümayiş olunacaq.
Qeyd edək ki,İranlı kinorejissor Məcid Məcidlinin ekranlaşdırdığı "Məhəmməd Allahın elçisidir"filmi sonuncu peyğəmbərin HzşMəhəmməd(s)ın uşaqlıq illərindən bəhs edir.