
İŞİD terror təşkilatının mövqelərinin yalnız havadan bombardmanı kifayət deyil; terrorçularla mübarizə üçün əsas istiqamət əvvəlkitək Suriya ordusunun quru əməliyyatıdır.
Ahlibeyt.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, belə bir bəyanatla Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov çıxış edib.
O deyib: "İŞİD-lə yalnız havadan effektiv mübarizə aparmaq olmaz. Başlıca istiqamət quru əməliyyatıdır, lakin bunu yeganə həyata keçirən Suriya Ərəb Respublikasının ordusudur."