17 Noyabr, 2015
V .Putin - Rusiya təyyarəsini partladanlar dünyanın istənilən yerində tapılaraq məhv ediləcəklər

Rusiya prezidenti V.Putin bildirib ki,A321 təyyarəsinin Misir üzərində partladılmasında günahkar olan hər kəs dünyanın istənilən nöqtəsində tapılaraq cəzalandırılacaq.

Ahlibeyt.az-ın RiaNovostiyə istinadən verdiyi xəbərə görə,Rusiya prezidenti Vladimir Putinlə görüşündə Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov bildirib ki,Misirin Sinay yarımadası üzərində qəzaya uğrayan, Rusiyanın “Koqalımavia” şirkətinə məxsus “A321” sərnişin təyyarəsində partlayıcı qurğu olub.

O bildirib ki, əldəqayırma partlayıcı qurğunun gücü 1,5 kq trotil ekvivalentində olub. Təyyarənin qalıqlarında xaricdə istehsal olunmuş partlayıcı maddələrin izləri aşkarlanıb.

V. Putin isə bəyan edib ki, təyyarəni partladan cinayətkarlar tapılacaq -" Biz ürəyimizdən və qəlbimizdən göz yaşlarını silməyəcəyik. Bu, bizimlə həmişəlik qalacaq. Lakin bu, bizim cinayətkarları tapıb, cəzalandırmağımıza mane olmayacaq."

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4020.html