16 Noyabr, 2015
Rusiya Livanın "Hizbullah" və Fələstinin "HƏMAS" hərəkalarını terror qruplaşması kimi tanımır - -XİN rəsmisi

Rusiya XİN-nin müavini Mixail Boqdanov bildirib ki,Rusiya hökuməti Livanın Hizbullah və Fələstinin "HƏMAS" hərəkatlarını terror qruplaşması hesab etmir - Bu səbəbdən də bizim bu təşkilatlarla əlaqə və münasibətlərimiz mövcuddur.

Ahlibeyt.az-ın İnterfax-a istinadən məlumatına görə,M. Boqdanov bildirib ki, ki, Hizbullah populyar siyasi təşkilat Livan xalqı tərəfindən səs alaraq parlamentdə,hakimiyyət və nazirlər kabinetində təmsil olunur.

Rusiyalı diplomat qeyd edib ki, Rusiya ABŞ-ın əksinə olaraq, Həmas Müqavimət Hərəkatını terror qruplaşması hesab etmir və onu Fələstin cəmiyyətinin tərkib hissəsi kimi görür.O bu təşkilatın milli birlik hökumatində və Fələstinin seçkili qanunverici orqanlarında təmsil olunduiğunu dilə gətirib.

Boqdanovun sözlərinə görə,Suriyadakı terror qruplaşmalarının müəyyən olunaraq məhv edilməsi üçün tezliklə İordaniyanın paytaxı Əmanda toplantı keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4016.html