14 Noyabr, 2015
Hacı Şahin Həsənli - Harda zorakılıq varsa, insanlar qətlə yetirilirsə bunu pisləmək lazımdır

“Bu terroru törədənlərin hər hansı bir dinlə heç bir əlaqəsi ola bilməz, ümumiyyətlə bunların dini ola bilməz. Bunlar İslam dininin elementar prinsiplərinə belə əməl etməyən insanlardır. Hər hansısa dairələrin, qurumların əlində oyuncaq olan insanlardır. Din adı altında insanları qətlə yetirməyi “cihad” adlandırmaq vəhşilikdir. Əslində bütün bunlar dinimiz İslamı gözdən salmağa yönəlmiş addımlardır”.

Ahlibeyt.az-ın məlumatına görə,bunu Moderator.az-a tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli F
arnsa paytaxtında törədilən terror aktı ilə bağlı açıqlamasında bildirib.


İlahiyyatçı alim sosial şəbəkələrdə bəzi şəxslərin baş vermiş hadisəyə  sevinməsinə də münasibət bildirib: “Terror aktlarına sevinmək kökündən yanlış hərəkətdir. Müsəlman günahsız insanın öldürülməsinə sevinə bilməz. Din bunun tam əksini deyir. Harda zorakılıq varsa, insanlar qətlə yetirilirsə bunu pisləmək lazımdır. İnancından asılı olmayaraq günüahsız insanların öldürülməsi faciədir və müsəlmanlar da hər zaman zorakılığın yox, zorakılığa məruz qalanın yanında olmalıdır. Ümumiyyətlə bu əməli törədənlərlə o əmələ bəraət qazandıranların arasında fərq yoxdur. Özünə müsəlman deyən şəxs heç zaman məzlumların ah-naləsinə sevinə bilməz, şad ola bilməz”.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4007.html