
Bəşər Əsəd Suriyada rəsmi səfərdə olan fransalı deputatlarla görüşdə - Fransada baş verən hadisələrin artıq beş ildir, Suriyada yaşandığını qeyd edib
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə RİANovosti məlumat yayıb.
Suriya prezidenti ölkədə səfərdə olan fransalı deputatlarla görüş zamanı 150 nəfərdən çox insan tələfatı ilə nəticələnmiş terror aktları ilə bağlı başsağlığı verərək bildirib - “Dünən Fransada yaşananlar artıq beş ildir, Suriyada baş verir."
Fransa Parlamentinin deputatı Tyeri Marianinin sözlərinə əsasən, Suriyaya səfər çərçivəsində fransalı deputatlar prezident Əsəddən başqa, ölkənin xarici işlər naziri Valid əl-Muallem və Suriya Parlamentinin üzvləri ilə danışıqlar aparmağı planlaşdırırlar.