
Paris meriyası onlardan 112-nin “Bataklan” teatrında, 40 nəfərin isə paytaxtın müxtəlif bölgələrində öldüyünü təsdiqləyib
Ahlibeyt.az-ın Euronews-a istinadən məlumatına görə,İŞİD terror təşkilatı Fransanın paytaxtı Parisdə törədilən silsiləvi terror aktları ilə bağlı məsuliyyəti üzərinə götürüb.
“Bu, Suriyaya görə intiqamdır. Bu, Fransanın 11 sentyabrıdır.” - Kanalın bildirdiyinə görə bu ifadələri "Bataklan" kubunda olan terrorçular atəş açmazdan öncə dilə gətirib.
Məlumata görə,Törədilən terror hücumlarının səkkiz iştirakçısı məhv olub - dörd terrorçu "Bataclan" konsert zalında məhv edilib,üç terrorçu kamikadze kəmərini işə salıb, bir terrorçu asayiş keşikçiləri tərəfindən zərərsizləşdirilib.
Qeyd edək ki, noyabrın 13-də axşam saatlarında Parisdə 6 terror aktı törədilib.
Şəhərin şimal bölgəsində restoranlardan birində atışma olub. Daha sonra “Stad de France” stadionu yaxınlığında Fransa prezidenti, ölkənin xarici işlər naziri və Almaniya XİN rəhbərinin də izlədikləri Fransa-Almaniya futbol qarşılaşması zamanı bir neçə partlayış törədilib.
Eyni zamanda, Parisin 11-ci dairəsində yerləşən “Bataklan” teatrında ABŞ rok-qrupunun konserti zamanı yüzlərlə insan girov götürülmüşdü.