1 Noyabr, 2011
Şeyx Qərzavi Səudiyyədə qadınlarla bağlı qanunlarda islahatlar aparılmasını istəyib

Müsəlman Alimləri Beynəlxalq Birliyinin sədri, məşhur və nüfuzlu din xadimi Şeyx Yusif Qərzavi Səudiyyə kralı Abdullah bin Əbdüləzizə məktub yazaraq Səudiyyə Ərəbistanında qadınlarla bağlı qanunlarda islahatlar aparmasını xahiş edib.

Şeyx Yusif Qərzavi deyib ki, Qurani-Kərimdə nəyin halal və ya haram olması açıq-aydın buyrulmuşdur. İslam qanunlarına əsasən əgər bir şeyin haram olması barədə aydın göstəriş yoxdursa, həmin iş halal sayılır. Odur ki, sizdən istəyim budur ki, Səudiyyədə qadınların avtomobil idarə edə bilməmələri barədə olan qanunu yenidən nəzərdən keçirəsiniz.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-400.html