12 Noyabr, 2015
Bakıda İmam Hüseyn və Kərbəla şəhidlərinə həsr olunmuş tədbir və sərgi keçiriləcək

Bakıda İmam Hüseyn və Kərbəla şəhidlərinə həsr olunmuş tədbir və sərgi keçiriləcək

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Türkiyənin Azərbaycandakı səfirliyinin yaydığı məlumatda bildirilir ki,, tədbir Bakı Yunus Əmrə İnstitutu tərəfindən təşkil ediləcək.

Konsert noyabrın 13-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək. Tədbirdə Məhərrəm ayına həsr olunmuş dini mahnılar səslənəcək.

Bundan əlavə, tamaşaçılara Kərbəla faciəsinə həsr olunmuş "Kərbəla mərsiyələri" təqdim ediləcək.

Tədbirdən öncə isə Məhərrəm ayı ilə əlaqədar 40 ədəd (50x70 ölçüsündə) rəsm sərgilənəcək.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3999.html