10 Noyabr, 2015
İran Prezidenti süfrədə şərab görmək istəmədi, Fransa ziyafəti ləğv etd

İranla Fransa arasında protokol böhranı yaşanıb

Ahlibeyt.az-ın  İslamazeri-yə istinadən verdiyi xəbərə görə, Sputniknews-un məlumatında bildirilir ki, İran prezidenti Həsən Ruhaninin noyabr ayının ortalarında Fransaya planlaşdırılan səfər öncəsi iki ölkə arasında protokol böhranı yaşandığı bildirilir.

Həsən Ruhani Fransaya səfəri zamanı şərəfinə təşkil olunacaq ziyafətdə şərab olmamasını və menyunun tamamilə halal yeməklərdən ibarət olmasını tələb edib.

Fransa tərəfi isə bu tələbin “Respublika prinsiplərinə zidd” olduğunu səbəb gətirərək prezidentin şərəfinə təşkil olunacaq ziyafəti ləğv edib. Fransanın nahar əvəzinə səhər yeməyi təklifini isə bu dəfə İran tərəfinin rədd etdiyi deyilir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3990.html