
İnsan Haqları üzrə İslam Komissiyasının(İHİK) Şeyx Üsamə əl-Əttarın həbs olunmasından sonra şeyxin azad olunması üçün dərhal aktiv fəaliyyətə başlaması artıq 1 gün sonra öz bəhrəsini verib. Komissiyanın sədri Məsud Şacarın şəxsən məsələyə qatışması Səudiyə polisinə bir nəfər yalançı şahidin ifadəsilə həbs etdiyi Şeyx Üsamə əl-Əttarı azad etməkdən başqa çıxış yolu qoymayıb.
Azadlığa buraxılan Şeyx əl-Əttar saxlanıldığı şəraitin pis olduğunu diqqətə çatdıraraq İHİK-ə və Kanada mətbuatına onun azadlığa çıxması üçün sərf etdikləri əməkdən dolayı təşəkkürünü bildirmişdir.
Şeyx əl-Əttar baş verən hadisədən sarsılmadığını və Həcc mərasimini başa vurub daha sonra vətənə dönəcəyini bildirib.
Xatırladaq ki, Şeyx Üsamə əl-Əttar dünən səhər Mədinə polisi tərəfindən həbs edilmişdi.