2 Noyabr, 2015
Kərbəla meydanına gecikmiş şəhid

Həfhaf ibn Mühənnid Rasibi Bəsrədən idi. Vaxtilə Həzrət Əlinin (ə) silahdaşlarından olmuş, hətta o həzrətin tərəfində Cəməl, Siffeyn və Nəhrivan savaşlarının hər üçündə iştirak etmişdi.

İmam Əli (ə) Siffeyn savaşında Həfhafı Bəni-Əzd qəbiləsindən olan döyüşçülərin sərkərdəsi təyin etmişdi İmam Hüseynin (ə) Kərbəlada mühasirədə olduğunu eşidəndə Həfhaf Bəsrədən çıxıb özünü o həzrətə yetirməyə tələsdi. Amma Kərbəlaya çatanda faciə artıq baş vermişdi. Həfhaf gördü ki, Ömər ibn Sədin əsgərləri şadlıq edib sevinirlər və Əhli-beytin çadırlarını soymaqla məşğuldurlar. Həfhaf onlara hücum edib şücaətlə təkbaşına döyüşdü və şəhid oldu.

Mənbə:İslam.az

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3967.html