31 Oktyabr, 2015
Kərbəla hadisələrinə həsr olunmuş “Bağışla, gələ bilmədim” filminin təqdimatı keçirilib

Bakıda "Salam Aleykum" restoranında tanınmış Əhli-beyt məddahı Aqşin Fatehin “Bağışla, gələ bilmədim” filminin təqdimatı keçirilib.

Ahlibeyt.az-ın İnterAz-a istinadla verdiyi xəbərə görə, Aqşin Fatehin ideya müəllifi olduğu və rejissorlar Faiq Kərimoğlu, Ramin Asimoğlunun çəkdiyi “Kərbəla” filmində əsas rollarda Rasim Balayev, Şamil Süleymanov, Təvəkkül Əliyev, Böyükxanım Əliyeva, Cavid Aydınov, Şəhriyar Məcidi, Aqşin Fateh və digərləri çıxış edir.

26 dəqiqə davam edən filmdə İmam Hüseynin (ə) Kərbəlada olduğu zaman yaxınlıqdakı zindanda olan dustaqlardan, həmin dustaqların İmam Hüseynin (ə) şəhid olması xəbərini eşitməsindən sonra baş verən proseslər öz əksini tapır.

Təqdimat mərasimində filmin yaradıcı heyyəti, media və ictimaiyyət nümayəndələri iştirak edib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3962.html