27 Oktyabr, 2015
İŞİD qruplaşması Səudiyyədə şiələrin toplandığı məscidində terror aktı törədib
Səudiyyənin  cənub-qərbində yerləşən Nəcran şəhərində bir məsciddə baş verən terror aktı nəticəsində ən azı 4 nəfər həlak olub, 30 nəfərdən artıq insan isə yaralanıb.

Ahlibeyt.az-ın Ria-ya istinadən məlumatına görə,dünən axşam Ərəbistanın cənub-qərbindəki sərhədyanı Nəcran şəhərində yerləşən “Əh-Məşhəd” məscidində terrorçu üzərində olan partlayıcı qurğunu namaz qılan insanların arasında işə salıb.

Məlumata görə, yaralıları daşımaq üçün partlayış yerinə tələsən Təcili Tibbi Yardım avtomobillərinin səsləri eşidilib və yerli rəsmilər əhalini hadisədən zərər çəkənlərə yardım etmək üçün qan verməyə çağırıblar.

Səudiyyə Ərəbistanı daxili işlər nazirliyinin yaydığı məlumata görə,terror aktını İŞİD-in Səudiyyədə fəaliyyət göstərən "Vilayəti Hicaz"qruplaşması öz üzərinə götürüb.

Məlumatda,məscidə gələn inancılıların Şiə məzhəbinin İsmaili qouna mənsub olması bildirilir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3954.html