
Yan Eliasson: Fələstin-İsrail münaqişəsi yenidən təhlükəli mərhələyə daxil olub
Bu il oktyabrın əvvəlindən İordan çayının Qərb sahilində, İsraildə və Qəzza zolağında baş verən toqquşmalar nəticəsində 5 mindən çox fələstinli, 70-ə yaxın israilli yaralanıb.
Ahlibeyt.az-ın Report.az-a istinadən xəbər verir ki, bu haqda BMT-nin baş katibinin birinci müavini Yan Eliasson qurumun Təhlükəsizlik Şurasının iclasında bildirib.
O qeyd edib ki, Fələstin-İsrail münaqişəsi yenidən təhlükəli mərhələyə daxil olub: "Oktyabrın 1-dən 21-dək 47 fələstinli, 7 israilli öldürülüb, 5 mindən çox fələstinli, 70-ə yaxın israilli yaralanıb".