
Fransanın Milli Cəbhə partiyasının lideri Marina Le Penin məhkəmə prosesi keçirilib
Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Euronews kanalı məlumat yayıb.
Xəbərə görə, Fransada müsəlmanları təhqir etdiyi üçün ittiham olunan radikal-sağçı Milli Cəbhə partiyasının lideri Marina Le Penin məhkəmə prosesi keçirilib.
Lion şəhərində təşkil olunan məhkəmə prosesində fransız prokuror irqçi ədavəti qızışdırma maddəsi ilə ittiham olunan Le Pen üçün bəraət tələb edib. Məhkəmənin son qərarı isə dekabrın 15-i məlum olacaq.
Məhkəmə prosesində iştirak edən insan haqları dərnəyinin vəkili Sabrina Qoldman isə "Marina Le Pen küçədə ibadət edənlərlə faşist Almaniyasının işğalı arasında paralellik quraraq, nifrəti qızışdırmaq istəyir.
O, Milli Cəbhənin bütün metodları ilə müsəlmanlara və müsəlman cəmiyyətə qarşı yönələn nifrətə təkan verir", - deyə bəyan edib.