
Ötən axşam Almaniyanın ikinci böyük şəhəri sayılan Drezden küçələrində “Pegida” antiislam və antimiqrant hərəkatı tərəfindən təşkilatın təsis edilməsinin birinci ildönümü münasibətilə toplanmış nümayişdə 20 mindən çox insan iştirak edib
Ahlibeyt.az-ın Euronews-a istinadla verdiyi məlumatda bildirilir ki,nümayişçilərin əllərində antiislam və irqçi şüarlar yazılmış plakatlar olub.Toplananlar qarşısında təşkilatın yaradıcılarından olan Luts Baxman çıxış edib.
Nümayişçilərin əsas tənqid obyekti ölkəyə miqrantların almaniyaya "yol xərtisini"ni təklif edən kansler Angela Merkel olub.
Ksenofob nümayişlə yanaşı Drezdende milliyətçilər əleyhinə 15 minə qədər insanın qatıldığı yürüş keçirilib və yürüş iştirakçıları qeyd edib ki,artıq Drezden dünyada nasist şəhəri kimi təqdim olunmağa başlayıb və biz ksenofob "Pegida" hərəkatına qarşı susmamalıyıq