20 Oktyabr, 2015
Aşura günü məscidlərdə qanvermə aksiyası keçiriləcək - Siyahı

Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı (QMİ) ilə oktyabrın 24-də Aşura günü Azərbaycanın müxtəlif məscid və ziyarətgahlarında qanvermə aksiyası keçiriləcəcək.

Ahlibeyt.az-ın QMİ-nin mətbuat xidmətinə istinadən məlumata görə, qanvermə aksiyası aşağıdakı məscid və ziyarətgahlarda təşkil ediləcək:

1. Yasamal rayonu Təzəpir məscidi;

2. Yasamal rayonu Hacı Soltanəli məscidi;

3. Səbail rayonu Bibi-Heybət məscidi;

4. Səbail rayonu İçərişəhər Cümə məscidi;

5. Suraxanı rayonu Qaraçuxur məscidi;

6. Xəzər rayonu “Mir Mövsüm ağa”ziyarətgah-məscid komleksi

7. Nizami rayonu Keşlə qəsəbə məscidi;

8. Sumqayıt şəhər “Cümə” məscidi;

9. Gəncə şəhər “İmamzadə”ziyarətgah-məscid komleksi

10. Mingəçevir şəhər “Heydər” məscidi;

11. Şəki şəhər “Cümə” məscidi;

12. Lənkəran şəhəri Böyükbazar məscidi;

13. Bərdə şəhər “Cümə” məscidi;

14. Nəsimi rayonu Əjdərbəy məscidi.

Məlumat üçün bildiririk ki, Lənkəran şəhəri Böyükbazar məscidində qanvermə aksiyası Aşura günündən bir gün əvvəl, yəni 23 oktyabr tarixində Tasua günündən başlayacaqdır.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3926.html