
Biz onların Suriyada aldıqları təcürbəni bir müddət sonra öz evimizdə tətbiq etmələrinə yol verə bilmərik
"MDB ölkələrindən olan 5-7 min nəfər İŞİD ekstremist qruplaşmasının sıralarında döyüşür".
Ahlibeyt.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin MDB-nin Qazaxıstanda keçirilən sammitindəki çıxışında bildirib.
"Müxtəlif rəqəmlərə görə, İŞİD tərəfdən Rusiyadan və MDB-nin başqa ölkələrindən olan 5-7 min nəfər döyüşür. Biz onların Suriyada aldıqları təcürbəni bir müddət sonra öz evimizdə tətbiq etmələrinə yol verə bilmərik", - Putin vurğulayıb.
Qeyd edək ki, ötən gün Rusiya daxili işlər nazirinin müavini Alkesandr Qorovoy ölkəsinin 2 500 vətəndaşının İŞİD sıralarında döyüşdüyünü bildirib.