16 Oktyabr, 2015
“Hizbullah” Fələstin xalqı ilə çiyin-çiyinədir - şeyx Həsən Nəsrullah

“Hizbullah” hərəkatının lideri şeyx Həsən Nəsrullah Məhərrəm ayının ilk gecəsində söylədiyi nitqdə rəsmi Təll-Əvivin "əl-Əqsa" məscidi ilə bağlı təcavüzünü genişləndirməsindən sonra Fələstin gəncləri ilə İsrail hərbçiləri arasında baş verən qanlı toqquşmaları “xeyir və şər arasında döyüş” adlandırıb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,SalamNews-un ABNA informasiya agentliyinə istinadla məlumatında bildirilir ki, Seyyid Həsən Nəsrullah "Hizbullah”ın İsraillə qarşıdurmada fələstinlilərin istənilən müqavimət metodunu dəstəklədiyini qeyd edib:

“Hizbullah” Fələstin xalqı ilə çiyin-çiyinədir. Fələstin xalqı yalın əllərlə dünyanın ən güclü ordularından birinə qarşı durur.Müqavimət və intifada Fələstin xalqı üçün yeganə çıxışdır.

Reallıq Fələstin xalqını onların tələblərinə şəhidlərin qanı bahasına nail olunacağını düşünməyə vadar edib.”

Qeyd edək ki,son günlər fələstinli gənclərə işğalçı İsrail qüvvələri arasında baş verən qarşıdurmalarda onlarla fələstinli qətlə yetirilib

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3909.html