
Oktyabr ayının 14-ü gün qürub etdikdən sonra (şam azanı zamanı)qəməri təqvimi ilə Məhərrəm ayının ilk gecəsi daxil olur və oktyabrın 15-i Məhərrəm ayının ilk günüdür
Ahlibeyt.az-ın verdiyi məlumata görə, "Məşədi Dadaş" məscidində Həzrət Seyyidüşşühəda İmam Hüseynin (əleyhissalam) əza məclisləri oktyabrın 15-dən etibarən hər axşam saat 20:30 -da keçiriləcək.
Bildirək ki, Məhərrəm ayı xütbələri ilahiyyatçı alim,"Məşədi Dadaş" məscidinin imam cüməsi Hacı Şahin Həsənli tərəfindən oxunacaq.
Saytın izləyicilərinin nəzərinə çatdırırıq ki,bu il "Məhərrəm Xütbələri" saytımızda yerləşdiriləcək,həmçinin mobil telefon və planşet sahiblərinin xüsusi proqram yukləmədən xütbələri daha asanlıqla dinləməsi üçün facebook sosial şəbəkəsində xüsusi link yaradılmışdır:
http://ahlibeyt.az/xutba/1.mp3
Qeyd edək ki,xütbələrin üzünün köçürülməsi,çoxaldılaraq paylanması,youtube və buna bənzər şəbəkələrdə yerləşdirilməsinə icazə verilmir.