
Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimov haqqında ilk cizgi-romanı hazırlanır
Ahlibeyt.az-ın məlumatına görə, film filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqin ssenarisi əsasında çəkiləcək. Cizgi-romanın rəssamı Vasif Səftərovdur.
"Cizgi filminin çəkilməyində əsas məqsəd, uşaqların gələcəkdə Vətənə, torpağa, milli mənəvi dəyərlərimizə hörmət ruhunda böyüməsi, onların qəhrəmanlarımızı tanımasıdır", - deyə müəllif bildirib.