10 Oktyabr, 2015
Ermənistan ordusunun əsgərləri məhv edildi

Azərbaycan ordusu cəhbə xəttində gedən döyüşlərdə Ermənistan ordusunun 6 əsgərini məhv edib.

ANS PRESS-in məlumatına bu barədə Azərbaycanın Müdafiə Nazirliyi xəbər yayıb. Məlumata görə, qarşı tərəfin çox sayda yaralısı var.

Baş verən döyüşlər zamanı ordumuzun bir hərbi qulluqçusu yaralanıb. Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir.

Son vaxtlar cəhbədə Ermənistan -Azərbaycan təmas xəttində gərgin vəziyyət höküm sürür. Təkcə sentyabrın 26-dan 30-na kimi Ermənistan tərəfindən 11 əsgər məhv edilib, 16-sı yaralanıb.

Bundan başqa, Erməni hərbi birləşmələri təmas xəttinə yaxın yerləşən kəndləri və əhalinin təsərrüfatını atəşə tutmağa başlayıb. Bir neçə gün əvvəl Ağdamın Hacıməmmədli kəndi ərazisindəki dinc sakinlərə məxsus fermanı hədəf alıb. Atəş nəticəsində fermadakı ot tayasını alov alıb.


Ermənistan-Azərbaycan təmas xətti


Digər tərəfdən isə Ermənistan ordusunda ölkə əhalisinin diqqətini yayındırmaq üçün təxribatçı məlumatlar yayır. Bir neçə gün əvvəl isə Ermənistanın bəzi elektron kütləvi informasiya vasitələri Naxçıvan istiqamətində yerləşən qoşunların təmas xəttində Azərbaycan ordusunun bölmələrinin atəşkəs rejimini pozaraq dövlət sərhədində gərginlik yaratması barədə məlumat yaymışdı.

Amma Azərbaycan Müdafiə Nazirliyi Naxçıvan sərhəddində baş verən insidentlə bağlı məlumat yayaraq, yayılan xəbərlərin dezinformasiya xarakterli olduğunu bildirmişdi. Nazirliyin açıqlamasında bildirilirdi ki, aparılan müşahidələr zamanı atışmanın qarşı tərəfin hərbi qulluqçuları arasında baş verməsi məlum olub.

Nazirlik bildirmişdi ki, oktyabrın 1-də saat 23.00 radələrində ön xətdə yerləşən qarşı tərəfin mövqelərindən şəxsi heyətin bir-birinə qarşı təhqiramiz qışqırtısı və atıcı silahlardan on dəfəyədək atəş səsi eşidilib. Bundan sonra saat 23.40 radələrində qarşı tərəfin həmin mövqeyinə komandanlığın UAZ avtomobilində gəlməsi, səhər saatlarında isə 5 nəfərə qədər hərbi qulluqçunun avtomobilə zorla mindirilməsi və avtomobilin alay mərkəzinə doğru hərəkəti müşahidə edilib.

Bir müddət əvvəl isə sosial şəbəkələrdə bir qrup erməni hərbçisinin məhv edilməsini əks etdirən görüntülərlə yayılmışdı. Amma Ermənistanın Müdafiə Nazirliyi yayılan videonu şərh etməkdən boyun qaçırmışdı.

 

Qarşı tərəfin bütün itkilərinə baxmayaraq, Müdafiə Nazirliyinin bu gün yaydığı mənlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 79 dəfə pozub. Azərbaycan ordusu atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 81 dəfə atəş zərbəsi endirib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3894.html