
İŞİD terror təşkilatının üzvləri əhalini qorxutmaq üçün yeni taktika seçiblər.
Ahlibeyt.az-ın Salamnews-a istinadla verdiyi xəbərə görə, onlar əhaliyə soyqırımı təhdidlərinin yer aldığı vərəqlər paylayırlar.
Vərəqlər Suriyanın Həma əyalətində, o cümlədən ər-Rastan və Tell-Bis yaşayış məntəqələrində paylanılır.
""İslam hökmdarı" adlandırılan rəhbərə qarşısansa, o zaman sən kafir sayılırsan.
İnqilabçı hökmdara qarşısansa, o zaman səs satqınsan.
Bil ki, inqilab və din sənə zülmə qarşı durmağı əmr edir.”, - paylanılan vərəqlərdə deyilir.
Yazıdan belə nəticə çıxarmaq olar ki, İŞİD terrorçuları onların ideyaları ilə razı olmayan bütün dinc sakinləri satqın elan edirlər.
Əhalisi İŞİD-i dəstəkləməyən kəndlər terrorçular tərəfindən daim atəşə məruz qalır.