9 Oktyabr, 2015
Səudiyyə Ərəbistanı Suriya müxalifətinə dəstəyini artıracaq- mənbə

Səudiyyə Ərəbistanı hökuməti Rusiyanın endirdiyi aviazərbələrdən sonra Suriyada üsyançılara hərbi dəstəyi artırmaq niyyətindədir.

Ahlibeyt.az-ın Rbc.ru-ya istinadla verdiyi məlumatda,bu barədə BBC-yə anonimlik şərti əsasında yüksək vəzifəli səudiyyəli məmur bildirib.

Onun sözlərinə əsasən, Səudiyyə Ərəbistanı Suriyadakı üç müxalif qruplaşmaya - "Azad Suriya Ordusu", "Cənub Cəbhəsi" və "Fəth Ordusu"na silah çatdırılmasını artıracaq.

Söhbət müasiri hucum və müdafiə əliyhinə silahların çatdırılmasından gedir.

Məmur vurğulayıb ki, silah ötürülməsi İŞİD və “ən-Nusra" terror təşkilatlarına şamil edilməyəcək.

Bundan əvvə Reuters agentliyi ABŞ mənbələrinə istinadən məlumat yaymışlar ki,Suriyadakı müxalif qruplaşmaların Rusiya avisiyasından qorunması üçün əlavə müdafiə sistemləri və silahla təmin ediləcək.

Qeyd edək ki,son günlər Rusiya qırıcılarının Suriyada terrorçuların sığınacaq mərkəzlərinə edilən aviazərbələri nəticəsində yüzlərlə terror mərkəzləri məhv edilmişdir

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3890.html