7 Oktyabr, 2015
V.Putin - Rusiyanın Xəzər dənizindəki gəmiləri İŞİD-in Suriyadakı mövqelərini məhv edib -Video

"Rusiya Xəzər donanmasının hərbi gəmiləri İŞİD terror təşkilatının Suriyadakı obyektlərini atəşə tutub, terrorçuların bütün hədəfləri məhv edilib."

Ahlibeyt.az-ın Ria-ya istinadla verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin ölkənin müdafiə naziri Sergey Şoyqu ilə görüşü zamanı bildirib.

Rusiya prezidenti bildirib ki, Raketlərimiz Xəzər dənizi akvatoriyasından, təxminən 1500 kilometr məsafədən yüksək dəqiqliyə malik silahla həyata keçirilməsi və hədəfə alınan bütün bazaların məhv edilməsi, müdafiə sənayesi kompleksi müəssisələrinin yaxşı hazırlığı və şəxsi heyətin yüksək təlimindən xəbər verir."

O qeyd edib ki,oxşar münaqişələr siyasi məsələlərin həlli ilə başa çatmalıdır.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3884.html