7 Oktyabr, 2015
Ayətullah Məkarim Şirazidən Səudiyyə rejiminə xəbərdarlıq

Bu il həcc ziyarəti zamanı Minada baş verən faciədən danışan İslam dünyasının tanınmış mərceyi təqlid müctehidi Ayətullah Nasir Məkarim Şirazi Səudiyyə rejimini qınayıb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə AzadXeber.az “Shafaqna” agentliyinə istinadən məlumat yayıb.

Məlumata görə,İran Baş Polis İdarəsinin rəisi Hüseyn Əştəri ilə görüşən Ayətullah Məkarim Şirazi baş verən Mina faciəsinin əsl səbəbkarının Səudiyyə rejiminin olduğunu olduğunu deyib.

Səudiyyə rejiminin təhlükəsizlik tədbirlərinin güclü olmadığına toxunan Ayətullah Məkarim Şirazi, zəvvarlara suyun verilməməsinin faciə səbəblərindən olduğunu bildirib.

Ayətullah Məkarim Şirazi Səudiyyə rejiminə xəbərdarlıq edərək bildirib ki, təhlükəsizlik tədbirlərinə diqqət edilməlidir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3881.html