
Birləşmiş Ərəb Əmirlikləri ölkənin 15 əsgərinin Yəmənin cənubunda öldüyünü təsdiqləyib
Ahlibeyt.az-ən İslamazeri.az istinadən verdiyi xəbərə görə,ölkəni tərk edərək Səudiyyə Ərəbistanına sığınmış Yəmənin keçmiş prezidenti Mansur Hadinin müavininin qaldığı otelə raket zərbəsi endirilib.
BƏƏ-nin rəsmi xəbər agentliyi bu ölkənin 15 əsgərinin Yəmənin eks-prezidenti Mansur Hadinin müavini Xalid Baxaxın iqamətgahına təşkil olunan raketi hücumu zamanı öldüyünü bildirib. Yəmən qüvvələri bu gün səhər saatlarında Xalid Buxaxəın qaldığı "Əl-Qəsr" otelinə raketlə hücum edib. Hücumda onlarla koalisiya əsgəri ölüb.
BƏƏ-nin rəsmi xəbər agentliyi bu hücumda ölənlərdən 15-nin BƏƏ əsgəri olduğunu açıqlayıb. Bundan əvvəl də Yəmənin "Ənsarallah" xalq hərəkatı qoşunları və Yəmən ordusunun Mərib əyalətində təşkil etdiyi hücumda onlarıa BƏƏ və Səudiyyə əsgəri öldürülmüşdü.