
Bu ilki Həcc ziyarəti zamanı vəfat edən azərbaycanlı zəvvarların ailələrinə kompensasiya ödəniləcək
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə "Report"un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.
QMİ-dən bildirilib ki, dünyasını dəyişən zəvvarların hər birinin ailəsinə 6 min manat məbləğində kompensasiya ödəniləcək: "Nəzərdə tutulan kompensasiya yaxın günlərdə mərhumların ailələrinə veriləcək".
Qeyd edək ki, bu ilki Həcc ziyarəti zamanı azərbaycanlı zəvvarlar-60 yaşlı Fəxrəddin Zeynalov, 57 yaşlı Kəklik Aslanova və 1936-cı il təvəllüdli Şirinov Əzizağa dünyasını dəyişib.