
Prezident İlham Əliyev Ağasəlim Səmədağa oğlu Şükürovun Azərbaycanın Livanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb
Ahlibet.az-ın məlumatına görə sərəncamda bildirilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Ağasəlim Səmədağa oğlu Şükürov Azərbaycan Respublikasının Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti