6 Oktyabr, 2015
İraqda törədilən silsilə terror aktlarında 57 nəfər ölüb, 60 nəfər xəsarət alıb

Oktyabrın 5-də Iraqda baş verən üç terror aktı nəticəsində 57 nəfər ölüb.

Ahlibeyt.az-ın verdiiyi xəbərə görə, Apa-nın TASS agentliyinə istinadən verdiyi məlumatda bildirilir ki, paytaxt Bağdadda avtomobildə yerləşdirilmiş partlayıcı qurğu işə salınıb, 12 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Ölkənin digər bölgələrində də ölüm halları ilə nəticələnən hücumlar törədilib. Diyala əyalətinin Xalis şəhərində və ölkənin cənubunda yerləşən əz-Zübeyr şəhərində minalanmış avtomobillərin partladılması nəticəsində 45 nəfər ölüb, 40 nəfər yaralanıb.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3875.html