5 Oktyabr, 2015
İŞİD terrorçularından Palmirada daha bir vəhşilik -Video

İŞİD terror təşkilatı üzvləri Suriyanın Palmirra şəhərindəki antik dövrə aid abidələrin ən mühümü olan "Zəfər Tağını" dağıdıblar.

Ahlibeyt.az-ın Rbc-ya istinadla verdiyi xəbərə görə,üçün terrorçular xeyli miqdarda partlayıcıdan istifadə ediblər.Məlumat Suriya "Tarixi Abidələrin Qorunması" agentliyi tərəfindən Rourets-ə bildirilib.

Qeyd edək ki,Palmiranın ən mühüm abidələrindən hesab olunan "Zəfər Tağı" eramızın II əsrinə aid olan bu tağ üç hissədən ibarət olub və 193 - 211 illər arasında inşa edilib. Baş tağın hündürlüyü 20 metr təşkil edib.

Palmirra antik dövrün ən zəngin şəhərlərindən biridir. Dəməşq və Fərat arasında, Suriya səhrası oazisində yerləşir.

Şəhərin dağıntıları YUNESKO tərəfindən ümumdünya irsi abidəsi olaraq tanınıb

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3871.html