3 Oktyabr, 2015
"İslamazeri.az" saytına davamlı haker hücumu edilir

Ötən gün gündüz saatlarından başlayaraq "islamazeri.az" saytına haker hücumları edilir.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,barədə SalamNews-a saytın redaksiyasında məlumat verilib. Bildirilib ki, saytın yerləşdiyi serverə "DDOS Attack" üsulu ilə hücum edilir. Buna görə də saytın yayımını bərpa etmək mümkün deyil. Hazırda texniki işlər aparılır və hücumların qarşısını almaq üçün çalışılır. Yaxın zamanda saytın fəaliyyətinin bərpa ediləcəyi gözlənilir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3868.html