
Səudiyyə Ərəbistanı Bəşər Əsədin prezident postunu könüllü tərk etməyəcəyi halda Suriyaya hərbi yolla hakimiyyət dəyişikliyinin mümkün olduğunu istisna etməyib
Ahlibeyt.az-ın Rosbalt-a istinadən verdiyi xəbərə görə, Nyu-Yorkda jurnalistlər qarşısında çıxış edən Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeyr bəyan edib ki, Bəşər Əsədin iki yolu var: könülü getmək, yaxud Suriyaya hərbu müdaxilə etmək yolu iləa onun devrilməsi.
Bununla belə, nazir Ər-Riyadın belə əməliyyatlarda hansı formada iştirak edə biləcəyini dəqiqləşdirməyib.
Adel əl-Cubeyr qeyd edib ki, Bəşər Əsədin siyasi gələcəyini görmür və Səudiyyə Rusiyanın Suriyanın indiki hakimiyyəti ilə birgə İŞİD-ə qarşı geniş koalisiya formalaşdırılmaq çağırışını qəbul edilməyib.